Ağbirçək ölkə başçısına dua edir: “Sizinlə fəxr etdik, qürurlandıq, ruhlandıq, birləşdik”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona ünvanladıqları çoxsaylı minnətdarlıq məktublarında ifadə edirlər. 

Şirvan şəhərindən Züleyxa Qayıbova ölkə başçısına yazır: 

“Hörmətli cənab Prezident, ölkəmizə də təsir edən koronavirus pandemiyasının yaratdığı bu çətin günlərdə hamı kimi mənim də ürəyimdə nigaranlıq duyğuları var idi, təlaşımızda haqlı idik. Dünyanın bir çox inkişaf etmiş böyük dövlətlərinin belə qarşısında aciz vəziyyətə düşdükləri pandemiya hamımızdan çox Sizi narahat edirdi. Hər zamankı məsuliyyətiniz bu günlərdə də öz sözünü dedi. Əsl rəhbər, əsl dövlət xadimi, əsl vətəndaş mövqeyi sərgiləyərək xalqımızı, dövlətimizi bu bəladan uzaq tutmağınız Sizin şəxsinizə, insani keyfiyyətlərinizə olan sevgini daha da artırdı. Biz ahılların Sizə ünvanlanan duaları, alqışları Sizi daha da qüvvətləndirdi. Karantin elan olunan ilk gündən aztəminatlı ailələrə olunan yardımlar, dövlət işlərində çalışanların məvaciblərinin əvvəlki kimi ödənilməsi, işsiz kimi dövlət qeydiyyatından keçmiş vətəndaşlarımıza edilən yardımlar sosial və hüquqi dövlət kimi qüdrətimizi bütün dünyaya göstərmiş oldu.

Əziz Prezidentimiz, Siz ölkəmizi təhdid edən bütün problemlərin öhdəsindən qətiyyətlə gəlmək bacarığınızı bir daha təsdiq edərək bütün dünyaya örnək bir lider olduğunuzu sübut etdiniz. Sizinlə fəxr etdik, qürurlandıq, ruhlandıq, birləşdik. Allah Sizdən razı olsun, əziz Prezidentimiz! Nə yaxşı ki, varsınız!”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu