Neftçidən dövlət rəhbərinə minnətdarlıq: “Hər kəsi diqqətdə saxlamağınız Sizə olan inamı ikiqat artırdı”


 
Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona ünvanladıqları çoxsaylı minnətdarlıq məktublarında ifadə edirlər. 

Bakı şəhər sakini İlham Tağıyev ölkə başçısına yazır:

 “Möhtərəm cənab Prezident, mən bir neftçi kimi Sizə minnətdarlığımı bildirmək istəyirəm. Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizə təsirini azaltmaq məqsədilə həyata keçirdiyiniz tədbirlər təqdirəlayiqdir. Çünki bu mübarizədə tibbin ən inkişaf etdiyi ölkələr belə aciz qalıb. Çox sevindirici haldır ki, Azərbaycanda məhz Sizin uzaqgörən siyasətiniz, qabaqlayıcı tədbirləriniz sayəsində bu virusun genişlənməsinin qarşısı alındı. Azərbaycanın koronavirus pandemiyasından ən az zərər çəkən ölkələr arasında ilk yerlərdə olması məhz Sizin qabaqlayıcı tədbirləriniz sayəsindədir.
Cənab Prezident, "Biz birlikdə güclüyük!" çağırışınızla xalqımızın malik olduğu ən ülvi dəyərləri səfərbər etdiniz. Həmçinin, ölkədə əhalinin bütün təbəqələrini diqqətdə saxlamağınız Sizə olan inam və etibarı ikiqat artırdı. Azərbaycanlılar Sizinlə və Mehriban xanımla qürur duyur, fəxr edir. Bizi, Azərbaycan xalqını bu cür diqqət və qayğı ilə əhatə etdiyiniz üçün ailəmin adından Sizə dərin təşəkkürümü bildirirəm.
Möhtərəm cənab Prezident, güclü dövlətçiliyimiz, yüksək rifahımız naminə Sizə və əzizlərinizə, xalqımıza möhkəm cansağlığı diləyirəm. Allah Sizi və Azərbaycan xalqını qorusun!”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu