“Gənclərimizin biliyi və vətənpərvərliyi müstəqilliyimizi daim gücləndirəcək”

“Azərbaycanın uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcəklər"


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən gün Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak edib.  Mərkəzlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibə verən ölkə başçısı bir sıra önəmli məqamlara toxunub. Növbəti illər ərzində 30-dan çox DOST Mərkəzinin fəaliyyətə başlamasının nəzərdə tutulduğunu vurğulayan ölkə başçısı deyib ki, DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür: “Artıq üçüncü mərkəz açılır və ilk açılan iki mərkəzin fəaliyyəti də çox uğurludur. Vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıb”. Prezident bildirib ki, burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir. 

Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov isə “Sherg.az”a açıqlamasında Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlərin   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu deyib:

"Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. Eyni zamanda, son illərdə icra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir.  COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar olaraq belə bir çətin şəraitdə əhalinin sosial təminatı, pandemiyanın törətdiyi iqtisadi fəsadların aradan qaldırılması ilə yanaşı, Azərbaycan bir sıra xarici ölkələrə yardım da edir. Bu günə qədər Azərbaycantərəfindən 3 ölkəyə, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərilib. Ölkəmiz təyyarələrlə yüzlərlə ton yardımlar göndərib. Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərilib.Bu, Azərbaycanda aparılan siyasətin tərkib hissəsidir".

Azərbaycanın xarici siyasət istiqamətində hər zaman əməkdaşlığa üstünlük verdiyini vurğulayan  politoloq qeyd edib ki, ölkəmiz ən çətin vəziyyətlərdə yaxın qonşuluqda yerləşən və digər ölkələrə kömək əlini uzadıb:

"Ölkəmizin bir neçə önəmli transmilli layihəsi məhz bu prinsip əsasında qurulub və uğur da məhz bu prinsip əsasında qazanılıb. Ölkəmizin səkkiz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi seçilməsi və Qoşulmama Hərəkatının yekdil qərarı,120 ölkəsinin qərarı ilə sədr seçilməsi bunun əyani sübutudur. Ona görə ki, Azərbaycan xarici siyasətdə qarşılıqlı dəstəyə sözdə yox, əməldə riayət edir. Ölkəmizin nümayiş etdirdiyini həmrəylik əməldə sübut edilir.  Eyni zamanda, vurğulamaq lazımdır ki, Azərbaycan indi iki təşkilata sədrlik edir və bu iki təşkilatın Zirvə görüşü ölkəmizin təşəbbüsü iləkeçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurası və Qoşulmama Hərəkatı Zirvə görüşləri ən yüksək səviyyədə keçirilmişdir.Qoşulmama Hərəkatının və Türk Şurasının yekun bəyannaməsində Azərbaycanın xüsusi rolu qeyd olunub". 

Prezident İlham Əliyevin müsahibəsində  gənclərin rolunu çox yüksək qiymətləndirdiyini vurğulayan İ. Hüseynov deyib ki, bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayır:  

"Gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur. Bu gün nazir və icra başçısıları arasında gənclər də vardır. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclər var və açılışı olan DOST mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir. Məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verir ki, Azərbaycan öz daxili intellektual resursları hesabına inkişaf etsin və eyni zamanda, digər ölkələrlə bu təcrübəni bölüşsün. Cənab Prezident İlham Əliyevin gənclərlə çoxsaylı görüşləri əsnasında onları həmişə biliklərə cəlb edir, dəvət edir ki, yaxşı oxusunlar, yaxşı peşəkar olsunlar və öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərsinlər. Bu gün bizim gənclərimiz bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından ən yüksək meyarlara cavab verirlər. Eyni zamanda, xüsusilə qeyd etmək lazımdır ki, xoşagəlməz hallara qarşı da mübarizədə gənclər dövlətə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək".

Politoloq onu da deyib ki, Azərbaycanın dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olmasında cənab Prezident İlham Əliyevin xüsusi xidmətləri vardır. Ümumdünya Səhiyyə Təşkilatı dövlət başçısının COVİD-19 koronavirus pandemiyası ilə görülən işləri yüksək qiymətləndirib və Azərbaycanı nümunəvi ölkə adlandırıb:

"Bu, cənab Prezident İlham Əliyevin gördüyü işlərə verilən böyük qiymətdir.COVİD-19 koronavirus pandemiyası dövründə ölkəmizin başçısına vətəndaşlarımız tərəfindən minlərlə minnətdarlıq məktubu gəlmişdir. Ölkəmizdə həyata keçirilən sosial islahatlar, vətəndaşların rifahının yüksəldilməsinə xidmət edən sosial paket vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir və təqdir edilir".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu