Şəkidən Prezidentə yazırlar: “Karantin dövründə insanların yanında oldunuz, əhaliyə yardımlar etdiniz”


Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona ünvanladıqları çoxsaylı minnətdarlıq məktublarında ifadə edirlər.

Şəki şəhərindən Ruhəngiz Məmmədova, Eldəniz Aslanov, Gülmirə Aslanova, Xəyalə Qurbanova və Məmməd Qasımov liderə yazırlar: 

“Hörmətli cənab Prezident, vətəndaşların sağlamlığını düşünərək koronavirusla mübarizə sahəsində ilkin qabaqlayıcı tədbirlər görən ölkələrdən biri də Azərbaycandır. Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir. Buna görə xalqımız Sizə minnətdardır. Karantin dövründə sadə insanların yanında olduğunuza, əhaliyə edilən yardımlara, ödənilən müavinətlərə və bir sıra güzəştlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi və Azərbaycanımızı qorusun!”.



Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu