İnyesta: “Barselona” Messi ilə Çempionlar Liqasını dörd dəfədən çox qazanmalı idi”

“Barselona”nın keçmiş futbolçusu Andres İnyesta Kataloniya klubunun argentinalı hücumçusu Lionel Messi barədə maraqlı fikirlər səsləndirib.
“Ole” idman portalına müsahibə verən A.İnyesta L.Messinin dünya çempionu adını qazana bilməməsinə təəccüb etdiyini bildirib: “2014-cü ilin dünya çempionatının finalında Almaniyaya qarşı oyunun müqəddəratını kiçik detallar həll etdi. Final yenidən keçirilsəydi, hər şey fərqli ola bilərdi”.

A.İnyesta hesab edir ki, “Barselona” L.Messi ilə Çempionlar Liqası kubokunu dörd dəfədən çox qazanmalı idi: “Ancaq bu futboldur, ​​rəqiblər də çox yaxşı çıxış edirlər. Qazandıqlarından zövq almaq çox vacibdir”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu