Tələbə təqaüdü ilə bağlı yeni qərar alqışlandı: “Ədalətlidir” 

“Əgər tələbənin yay imtahan sessiyasında üç fəndən akademik borcu yaranırsa, sentyabrın 15-dək onun üçün yaradılan imkandan istifadə etməsə, yəni kəsildiyi fənlərdən yenidən imtahan verməsə, o halda həmin tələbə təqaüddən məhrum olunacaq”.
Bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarı ilə bağlı sualları cavablandırarkən deyib.
Onun sözlərinə görə, sentyabrın 15-dək tələbə kəsildiyi fəndən imtahan verib nəticəsini düzəldə bilərsə, təqaüd almaq müsabiqəsində iştirak edə biləcək: “Lakin əvvəl belə şans verilmirdi. Bu, o demək deyil ki, o təqaüd alacaq. Bilirik ki, təqaüd almaq üçün müəyyən limit var”.



 Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında bunun yerində verildiyi qərar olduğu qənaətindədir:

“Bildiyiniz kimi, martın 3-dən bütün təhsil müəssisələrində dərslər dayandı. Nəticədə şagird və tələbələr dərslərdən xeyli yayındılar. Tədris distant qaydada davam etdi. Təbii ki, belə olan halda bütün tələbələr proqramı eyni dərəcədə mənimsəmədilər. Ona görə də imtahandan sonra tələbələrin bir çoxu kəsilərək aldıqları təqaüdlərdən məhrum oluna bilərlər. Belə qərarın qəbul edilməsi də bir növ tələbələrə şans verməkdir. Əgər tələbələr növbəti tədris ilinə qədər kəsrlərini bərpa etməyi bacarsalar, yenə təqaüd alacaqlar. Yəni qərar olduqca ədalətlidir”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu