“Sosial sahədə görülən işlər islahatların əyani təzahürüdür”

“Bütün tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına zəmin yaradıb"



"Azərbaycanda həyata keçirilən sosial islahatlar uzun müddətdir davam edir. Xüsusən də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki kadr dəyişikliklərindən sonra  bir sıra sosial paketlərin həyata keçirilməsi, pensiyaların artırılması, aztəminatlı təbəqənin maddi imkanlarının yaxşılaşdırılması istiqamətində real addımlar atıldı". 

Bu sözləri "Sherg.az"a  Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, siyasi ekspert  Əziz Əlibəyli deyib. Onun sözlərinə görə, dövlət həmişə vətəndaşı xüsusi layihələrlə dəstəkləyib, qlobal pandemiya günlərində isə insanların rifahı, maddi təminat xüsusi əhəmiyyət kəsb edir: 

"Ölkənin bütün rayonlarında imkansız ailələr müəyyən edilib, iş yerlərinin qorunması, günəmuzd işləyən şəxslərin çətinliklə üzləşməməsi üçün büdcədən sosial paket ayrılıb. Bu proses  hazırda da  uğurla davam edir. Azərbaycan dövləti vətəndaşların qayğılarını daim diqqətdə saxlayıb, Prezidentin də yürütdüyü siyasətin təməlində vətəndaşların rifah halının yüksəldilməsi dayanır. Prezidentin rəhbərliyi ilə sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Bu mənada istənilən çətin situasiyada dövlət vətəndaşın daim yanında olduğunu göstərir!"

Ə. Əlibəylinin fikrincə son illərdə icra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir.  Onun sözlərinə görə, Azərbaycanda birsıra dövlət xidmətlərinin funksiyalarını özündə əks etdirəm "ASAN Xidmət" modelinin effektiv işi də  tətbiq edilən xüsusi fəaliyyət standartlarına əsaslanır. Ölkə başçısının yeni addımlarında “ASAN Xidmət”in dairəsinin genişləndirilməsi özünü göstərir:

"Paralel olaraq da DOST Mərkəzlərinin yaradılmasıilə bağlı da real addımlar atılır. Artıq biz 3 saylı DOST Mərkəzinin açılmasının şahidi olduq.  DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, cənab Prezident İhlam Əliyevin rəhbərliyi altında aparılan islahatların əyani təzahürüdür.  Mərkəzdə əhaliyə müxtəlif istiqamətlər - pensiya, sosial sığorta, sosial müavinət, əlillik, əmək və məşğulluq və s. kimi xidmətlər göstəriləcək. Ölkə başçısı da müsahibəsində bu mərkəzlərlə bağlı platforma xarakterli bir çıxış edib və deyib ki, Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur.  Bu  mərkəzlərdə 130-dan çox xidmətin göstərilməsi sosial sahənin bütün xidmətlərini ehtiva edi r. DOST mərkəzlərində tətbiq olunan innovasiyalar Azərbaycan hakimiyyətinin gələcəyə baxışı ilə tam uzlaşır. İnnovativ inkişaf həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir.  Ümumən onu deyə bilərəm ki, cənab Prezident tərəfindən uğurla həyata keçirilən sosial siyasət prioritet məsələdir. Bunun əyani sübutudur ki, 2019-cu il müstəqillik dövründə ən geniş sosial paket təqdim olundu və minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox qaldırıldı. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında lider dövlətdir.  Xüsusi bir məqam şəhid ailələri ilə bağlıdır ki, onlar dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib. Elə bunun məntiqi nəticəsidir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına zəmin yaradıb".

Siyasi ekspertin sözlərinə görə, pandemiya dövründə dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam, özəl sektorda təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilib:

"600 min insana sosial yardım verilib,  80 min ailə ünvanlı sosial yardım proqramı ilə əhatə olunub və orta hesabla hər bir ailəyə hər ay 220 manatdan çox vəsait ödənilir.  Eyni zamanda  90 min ödənişli ictimai iş yerlərinin açılması nəzərdə tutulur və özünüməşğulluq proqramında 12 min insan əhatə olunub. Bir sözlə, heç bir sosial proqram, sosial infrastruktur layihəsi ixtisar edilmədi. COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar olaraq belə bir çətin şəraitdə əhalinin sosial təminatı, pandemiyanın törətdiyi iqtisadi fəsadların aradan qaldırılması ilə yanaşı, Azərbaycan bir sıra xarici ölkələrə yardım da edir. Bu günə qədər Azərbaycan tərəfindən 3 ölkəyə, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərilib".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu