Koronavirusa daha çox hansı uşaqlar yoluxur? – Pediatrdan izah

“Virusa daha çox  südəmər (1 yaşa qədər), anadangəlmə ürək qüsuru, xroniki böyrək problemi və  onkoloji xəstəlik nəticəsində kimya terapiyası alan uşaqlar yoluxur”

“Orqan transplantasiyası əməliyyatı keçirən uşaqlar da risk qrupu hesab olunur"



Xroniki xəstəlikləri olanların daha tez yoluxduqları koronavirus uşaqlar üçün də təhlükə törədir. Bunu Türkiyənin Diyarbəkir şəhərində yerləşən Dəclə Universitetinin həkimi Velat Şen deyib. O bildirib ki, Diyarbəkirdə bu zamana qədər koronavirusa yoluxan 30 uşağı müalicə edib. Həkimin sözlərinə görə, xüsusilə şəkər, ürək xəstəlikləri olanları xəstəxanada müalicə etmək lazımdır.

O qeyd edib ki, ilk vaxtlarda virusun uşaqlara zəif təsir etməsi ilə bağlı fikirlər var idi. Təəssüf ki, bu səbəbdən uşaqları çox qorumadıq. Lakin sonradan bildik ki, koronavirusu uşaqlar daha ağıq keçirə bilər. Buna görə də, xüsusilə indiki mərhələdə yüksək hərarət, davamlı öskürək, şiddətli qarın ağrısı, orqanizmdə baş verən ümumi dəyişikliklər zamanı koronavirusdan şübhələnirik və buna uyğun olaraq müalicəyə başlayırıq: 

“Uşaqlarda yoluxmanın 90%-i ev daxilində təmasdan qaynaqlanır. Bu zamana qədər ən kiçiyi üç aylıq olmaqla yanaşı, yeddi, on, on bir aylıq xəstələrimiz də olub. Üç aydan 18 yaşa qədər xəstələrimizi stasionar şəraitdə müalicə etmişik”.(oxu.az)



Pediatrı Nigar Mirzəyevayanın sözlərinə görə, uşaqlar da  böyüklər kimi koronavirusa yoluxurlar və onlarda da COVID-19-un simptomları özünü göstərir.  Lakin  uşaqlarda xəstəliyin ağır keçirmə göstəricisi böyük yaş qrupunda olan insanlara nisbətən 1 faiz təşkil edir: 

"Koronavirus uşaqlarda əsasən simptomsuz keçir, simptomlu xəstələrdə isə əlamətlər əsasən yüngül qızdırma, burun axıntısı və öskürək şəklində özünü göstərir. Böyüklərdə olduğu kimi, uşaqlar da bu virusdan sağaldıqdan sonra bu, onların gələcək həyatlarında özünü göstərmir.  Virusa daha çox  südəmər (1 yaşa qədər), anadangəlmə ürək qüsuru, xroniki böyrək problemi və  onkoloji xəstəlik nəticəsində kimya terapiyası alan uşaqlar yoluxur. Orqan transplantasiyası əməliyyatı keçirən uşaqlar da risk qrupu hesab olunur".

Həkimin sözlərinə görə, beynəlxalq araşdırmalara görə,  virusa əsasən 50-60 yaşlı insanları yoluxur  və ən sıx görülən fəsadı - kəskin ağciyər sıxılma sindromudur:

"Bu zaman virusa qarşı orqanizmin immun sistemi daha güclü müqavimət göstərir. Ağciyərlərdə maye və immunitet hüceyrələrinin toplanması - “sitokin partlaması” baş verir və oksigen diffuziyasını blokada edir. Aparılan bəzi araşdırmalar göstərir ki, uşaqlarda koronavirusun yüngül keçməsinin səbəbi immun sisteminin hələ inkişafda olması ilə bağlıdır". 

 Pediatrın sözlərinə görə,  uşaqları koronavirusdan qorumaq üçün öncə valideynlər özləri gigiyenik qaydalara əməl etməlidirlər. Dırnaq, əl gigiyenasına diqqət etməli, evə gələrkən mütləq geyimlərini dəyişməli və digər lazımi tədbirləri görməlidirlər.

Uşaqlar da tez-tez əllərini yumalıdır. Həmçinin, uşaqlara sosial məsafələrin saxlanması qaydaları, öskürək və ya asqırma zamanı dirsək ilə ağızın bağlanması lazımdır.
1 yaşına qədər olan uşaqlar hər bir şeyi ağızlarına apardıqlarına görə oyuncaqların, paltarların gigiyenasına diqqət edilməlidir, uşaq paltarları 60-90 dərəcədə yuyulmalıdır. Burada bir vacib məsələni də qeyd etmək istərdim ki, bu dönəmdə rutin peyvəndlərin vaxtında vurulmasının çox böyük əhəmiyyəti var. Bütün bunlara əməl edən valideynlər öz uşaqlarını Covid-19-dan qoruya bilərlər.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu