“Azərbaycan beynəlxalq təşkilatlarla əlaqəsini gücləndirməlidir”

“Belə olan halda təcavüzkarlara qarşı daha ciddi mübarizə apara biləcəyik”

“Təkcə BMT-yə yox, digər  beynəlxalq təsisatlara da belə sənədlər göndərilməli, müraciətlərin sayı çoxalmalıdır” 



Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin qurumun baş katibi Antonio Quterreşə Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı ünvanladığı məktub BMT-nin rəsmi sənədi kimi yayılıb. 
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter” səhifəsində yazıb. 
Onun sözlərinə görə, məktubda Ermənistan silahlı qüvvələrinin 1992-ci ilin mayın 8-də Azərbaycanın Şuşa şəhərini işğal etdiyi diqqətə çatdırılıb. Həmin məktub BMT Baş Assambleyasının sənədi kimi dərc edilib.

Bu barədə “Sherg.az”a fikirlərini bildirən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə beynəlxalq qurumların hüququn aliliyini tanıdığını diqqətə çatdırdı:

 “Ermənistan beynəlxalq qurumların, o cümlədən BMT-in, ATƏT-in qəbul etdiyi sənədlərin tələblərini sərt şəkildə pozur. Azərbaycan isə, əksinə, bütün addımlarını qayda-qanun çərçivəsində atır. Ölkəmiz bundan sonra da beynəlxalq təşkilatlarla əlaqəsini gücləndirməli, onların diqqətini çəkməlidir. Belə olan halda təcavüzkarlara qarşı daha ciddi mübarizə apara biləcəyik. Əlbəttə, biz sülh tərəfdarıyıq. Amma düşmən bununla razılaşmır. Gələcəkdə təkcə BMT-yə yox, digər  beynəlxalq təsisatlara da belə sənədlər göndərilməli, müraciətlərin sayı çoxalmalıdır”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu