Polşadan 100 vətəndaşımız Bakıya gətirildi - Fotolar


Bu gün Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən Varşavadan (Polşa) Bakıya çarter reysi yerinə yetirilib.

Axşam.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, həmin reyslə 100 nəfər Azərbaycan vətəndaşı çatdırılıb.

Müəyyən edilmiş qaydalara uyğun olaraq Polşanın paytaxtından gələn bütün sərnişinlər karantinə yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl bu həftədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq "AZAL" aviaşirkəti Berlindən çarter reysi həyata keçirmişdi.






Paylaş

Bizi Facebookda izləyin
menu
menu