Ata uşağını satışa çıxardı: Onun əsas şərti isə budur ki...


 Sankt-Peterburq Avito nəşrinin "Digər heyvanlar" bölməsində yetkinlik yaşına çatmayan uşağını başqa bir ailəyə pulsuz verməyə hazır olduğu barədə elan yerləşdirib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, onun əsas şərti isə budur ki, uşağı alan ailə onu xoşbəxt etməlidir. İstintaq Komitəsinin regional idarəsinin saytında sözügedən elanla bağlı yoxlamanın başlandığı bildirilib.

Elanda Sergey adlı kişi yazıb ki, "balaca ziyankar ev heyvanı" üçün yeni valideynlər axtarılır. "O, yalan danışmağı, tərbiyəsizlik və oğurluq etməyi sevir. Böyüklərə hörmət etmir", - deyə Sergey satışa çıxardığı uşağını təsvir edib.

Müəllif həmçinin qeyd edib ki, oğlan dərsləri ilə məşğul olmaq və oxumaq istəmir, ev işlərinə kömək etmir, amma məmnuniyyətlə telefonda oyun oynayır, YouTube-da videolara baxır. Daha sonra elan silinib.

Sankt-Peterburqun uşaq ombudsmanı Anna Mityanina polisə müraciət edərək istintaqın aparılmasını tələb edib. O, valideynlərin uşağın özünü təcrid etməsi fonunda keçirdikləri stress səbəbindən belə bir qərar qəbul etdiyini irəli sürüb, lakin baş verənləri qəbuledilməz adlandırıb. "Uşaq üst-üstə yığılmış neqativin püskürülməsi üçün obyekt olmamalıdır", — deyə o əlavə edib.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu