Belarusda koronavirusla bağlı mürəkkəb vəziyyət hələ bir ay davam edəcək


Belarusda koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyət tədricən yaxşılaşır, lakin hələ bir ay vəziyyətə nəzarəti yumşaltmaq olmaz.

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Səhiyyə naziri Vladimir Karaniki məruzə ilə qəbul edərkən bildirib.

Prezident Belarusda koronavirusla bağlı vəziyyətin yaxşılaşmasından danışaraq bildirib ki, respublika təkcə koronavirus pnevmoniyasının deyil, pnevmoniyanın bütün növlərinin müalicəsini xüsusi diqqətdə saxlamaq strategiyasına üstünlük verməklə düzgün seçim edib.

Qeyd edək ki, Belarusda təqribən 32426 nəfərin koronavirusa yoluxması laboratoriya şəraitində təsdiq edilib. Onların 11 415 nəfəri sağalıb, 179 nəfəri ölüb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu