Küçədə keçmiş əri tərəfindən döyülən qadın xəstəxanalıq oldu

Gəncədə küçədə qadın döyülüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Namazova Ləman Vəfadar qızı müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadın keçmiş həyat yoldaşı tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu