Koronavirusla bağlı son STATİSTİKA

Dünyada koronavirusa 5 197 739 nəfər yoluxub.
Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

Ümumi ölənlər 334 672, sağalanlar isə 2 082 639 nəfər təşkil edir.

Dünya ölkələri arasında koronavirusa ən çox yoluxma 1 620 902 nəfərlə ABŞ-dadır.

Qonşu Rusiya siyahının ikincisidir. Bu dövlətdə 317 554 nəfər koronavirusa yoluxub, 3099 nəfər ölüb, 92 681 nəfər sağalıb.

Digər sərhəd qonşularımız Türkiyə virusa yoluxan ölkələr arasında 9-cudur. Bu dövlətdə koronavirus 153 548 nəfərdə aşkar edilib. 4249 nəfər ölüb, 114 990 nəfər sağalıb.

İran 129 341 yoluxma sayı ilə 10-cudur. Ölkədə virusdan 7249 nəfər ölüb, 100 564 nəfər sağalıb.

Azərbaycanda koronavirusa indiyə qədər 3749 nəfər yoluxub, 44 nəfər ölüb, 2340 nəfər isə sağalıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu