Rayon sakinindən Prezidentə: “Uzaqgörən siyasətinizlə uğurlu yol seçib həyata keçirdiniz”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Hacıqabul rayonunun 85 yaşlı sakini Cəbrayıl Xıdırov yazır:

 “Hörmətli cənab Prezident, mən Hacıqabul rayonunun əməksevər vətəndaşları adından Sizə və Mehriban xanım Əliyevaya səmimi təşəkkürümü bildirirəm. Siz uzaqgörən siyasətinizlə qısa müddət ərzində uğurlu yol seçib həyata keçirdiniz. Dünyanı bürüyən koronavirusa qarşı mübarizədə gördüyünüz uğurlu tədbirlər sayəsində ölkəmizdə itkilər elə də böyük olmadı. Allah Sizi qorusun! Arzu edirik ki, tezliklə şanlı bayrağımız Qarabağın hər guşəsində, Xankəndidə, Şuşada dalğalansın!”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu