Paltarı icarəyə götürən bəy və gəlinlərin NƏZƏRİNƏ ! – Belə geyimlər virus saçır !

“Bəy və gəlin geyimlərinin də icarədən sonra dezinfeksiya edilməsi mütləqdir”

“Belə geyimlər onlarla, yüzlərlə adama icarayə verlir, sonra qaytarılır və növbəti adam götürüb geyinir”






Ölkəmizdə ikinci, üçüncü əl məhsulların satışı adi hala çevrilib. Məsələn, mobil telefon, elektrik avadanlıqlar, avtomobillər bir neçə əldən keçərək satılır. Bu sırada geyim mağazalarının xüsusi yeri var.
Bakıda və respublikanın digər yerlərində bu cür mağazalara tələbat da kifayət qədərdir. Bu geyimlərin ucuz satılmasına səbəb isə bir dəfə geyilmiş olmasıdır. Maraqlıdır, “ikinci əl” mağazalarına paltarlar necə və haradan gəlir? Bu geyimləri alarkən nələrə diqqət edilməlidir? 




 “Ona görə “ikinci əl” geyim alıcılarının diqqətli olması lazımdır. Nəinki pandemiya dövründə, ümumiyyətlə təzə geyim də alarkən onun yuyulduqdan sonra geyinilməsi məsləhətdir”

İkinci əl geyimlərin satışının bütün ölkələrdə olduğunu deyən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a bildirib ki, Avropada brend geyimlərin ikinci əl satışı daha çoxdur. İnsanların da buna maraq göstərməsi ikinci əl geyim bazarının daha genişlənməsinə səbəb olur. Ekspertin fikrincə, çalışmaq lazımdır ki, ikinci əl geyimdən istifadə edilməsin:

“Çünki əvvəlcə həmin geyimi geyinən şəxsin hansı xəstəlikləri, xüsusən də dəri, infeksion, keçici-yoluxucu xəstəliklərinin olub-olmaması bilinmir. Təbii ki, ikinci əl geyimlər satışa çıxarılarkən yuyulub, dezinfeksiya olunur, sonra satılır. Ancaq bu dezinfeksiyanın bütün geyimlərə edilməsinə inanmaq çətindir. Məlumdur ki, ucuz geyimlər yuyulub dezinfeksiya edilə bilər və bunu həmin satışı həyata keçirən mağazanın etməsinə şübhə etməmək olar. Ancaq brend geyimləri, üzərində daş-qaşlar olan, ipəkdən olan, xüsusi dizaynla tikilmiş naxışlardan olan geyimlərin yüksək temperaturda yuyulmasına, dezinfeksiya edilməsinə inanmaq olmur. Təbii ki, bütün mağazalara aid deyil. Bəlkə də, bunu edən yerlər var. İkinci əl paltarın yuyulub, dezinfeksiya edilməsinə baxanda bilmək olmur. Lakin geyimin qolları, boyun hissəsinə,ətəklərinə və ciblərinə baxmaqla təmiz olub-olmadığını yoxlamaq olar”. 

Ekspert hesab edir ki, bəy-gəlin geyimlərinin də icarədən sonra dezinfeksiya edilməsi mütləqdir:

“Belə geyimlər onlarla, yüzlərlə adama icarayə verlir, sonra qaytarılır və növbəti adam götürüb geyinir. Belə geyimlər də mütləq yuyulmalı, dezinfeksiya edilməlidir. Yaxşı olar ki, insanlar da buna az maraq göstərsinlər. Ən azı özlərinin sağlamlıqları üçün. Ona görə “ikinci əl” geyim alıcılarının diqqətli olması lazımdır. Nəinki pandemiya dövründə, ümumiyyətlə təzə geyim də alarkən onun yuyulduqdan sonra geyinilməsi məsləhətdir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu