“Sosial-iqtisadi siyasətin mayasında Azərbaycan vətəndaşı durur”

“Aztəminatlı insanlara kömək, işsizliyin azaldılması əsas prioritetdir”



“Cənab Prezident müsahibəsində qeyd etdi ki, biz sosial layihələrin heç birini azaltmayacağıq. Sosial problemlərin həlli hər zaman diqqətdə qalacaq. Ölkə başçısı bütün bunları əməlində göstərir”.

Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib.

Deputat qeyd edib ki, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə də sosial-iqtisadi siyasətin mayasında Azərbaycan vətəndaşının marağı dururdu:

“Cənab Prezident varis kimi həmin siyasəti bu gün də davam etdirir. Yalnız rəqəmlər dəyişib. İlham Əliyev ölkəmizi idarə edən zamanlarda bir neçə dəfə dünya böhranları olub. Həmin böhranlar bizim də iqtisadiyyatımıza təsir göstərib. Məsələn, 2008-2009-cu illərdə olan dünya iqtisadi maliyə böhranı, 2014-2015-ci illərdə olan neftin qiymətləri ilə əlaqədar böhran, indiki pandemiya böhranı olsa da, vətəndaşlarımızın mənafeyi, aztəminatlı insanlara kömək, işsizliyin azaldılması əsas prioritetdir. 600 mindən çox vətəndaşa sosial yardım, 90 min ictimai iş yerlərinin açılması, sahibkarlara dəstəyin göstərilməsində məqsəd odur ki, insanlar minimal əziyyət çəksin. Azərbaycan rəhbəri nə vəd verirsə, həmin sözü mütləq həyata keçirir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına  müsahibə verib. Ölkə başçısı müsahibəsində bir sıra mühüm məqamlara toxunub.
Prezident qeyd edib ki, ölkə siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident bildirib ki, minimum pensiyanın alıcılıq qabiliyyətinə görə, bu gün Azərbaycan MDB məkanında lider dövlətdir. Pandemiya dövründə 600 min vətəndaşa sosial yardım verildi, özünüməşğulluq proqramında 12 min insan əhatə olunur.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu