Ölkə başçısına minnətdarlıq: “Azərbaycanımızın adının başqa ölkələrə nümunə kimi çəkilməsi bizi qürurlandırır”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Masallı rayonunun sakinləri Zaur Nəciyev, Zayid Məmmədov, Mətanət Niftiyeva, Xanım Muradova, Əliniyaz Məmmədəliyev, Əlimərdan Rəhmətov və Çingiz Mirzəcanov ölkə başçısına yazırlar: 

“Hörmətli cənab Prezident, dünyanı bürümüş təhlükəli koronavirus pandemiyası ilə bağlı tətbiq edilmiş xüsusi karantin rejimi dövründə rayonumuzun aztəminatlı sakinləri maddi və ərzaq yardımı ilə təmin olundular. Bununla yanaşı, rayonumuzda bu xəstəliyin geniş yayılmaması üçün görülən qabaqlayıcı tədbirlər də səmərəli oldu, böyük itkilərin qarşısı alındı. Koronavirusla mübarizədə Azərbaycanımızın adının başqa ölkələrə nümunə kimi çəkilməsi bizi sevindirir və qürurlandırır. Bu nailiyyətlər Sizin uzun illərdən bəri yorulmaz fəaliyyətinizin sayəsində baş verdi. Buna görə də xalqımız Sizə minnətdardır”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu