Kamil Zeynallı azadlığa çıxır

Bu gün fitnes məşqçisi Kamil Zeynallı azadlığa çıxacaq.
Oxu.Az xəbər verir ki, onun 10 günlük həbs müddəti başa çatır.
Kamil Zeynallının köməkçisi Razim Qarayevin saytımıza verdiyi məlumata görə, o, saat 17:00-dan etibarən azadlığa çıxacaq.
Qeyd edək ki, Kamil Zeynallı hazırda Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılır. O, xüsusi karantin vaxtı maddi yardım etmək məqsədilə Ucara və Füzuli rayonunun Horadiz qəsəbəsinə icazəsiz getdiyi üçün 10 sutkalıq həbs olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu