Liderə məktub var: “Siz xalqımızı böyük çətinlikdən qurtardınız. Biz Sizə daim güvənirik”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Daşkəsən rayonunun Xoşbulaq kəndindən Əvəz İsgəndərov Prezidentə məktubunda qeyd edir: 

“Hörmətli cənab Prezident, Siz ölkəyə rəhbərlik etdiyiniz gündən bəri həmişə Azərbaycan xalqının yanında olmusunuz və xalqın sosial problemlərini həll etmək, aztəminatlı ailələrin güzəranını yaxşılaşdırmaq üçün əlinizdən gələni əsirgəmirsiniz. Mən və ailə üzvlərim koronavirus pandemiyası dövründə xalqımızın sağlamlığının qorunması, həmçinin insanların çətinliyə düşməməsi üçün gördüyünüz işlərə görə Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk. Ailəmizin pandemiya dövründə aldığı 190 manat birdəfəlik ödəmələr bizim çətin günlərdə tək olmadığımızı göstərdi. Siz xalqımızı böyük çətinlikdən qurtardınız. Biz Sizə daim güvənirik. Bir daha təşəkkür edirik”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu