“Qondarma seçkilərin “andiçmə mərasimi” də şiddətlə qınanılacaq”

“Biz Şuşada keçirilən “andiçmə mərasimi”nə və Ermənistanın Baş nazirinin orada iştirakına bir daha etiraz edirik”

“Beynəlxalq təşkilatları da bu hadisələrə mane olmağa və qınamağa çağırırıq" 



"Ötən gün Azərbaycanın Şuşa şəhərində keçirilən Qarabağ separatçılarının yeni qondarma lideri Araik Arutunyana “andiçmə mərasimi” keçirilməsi və Ermənistanın baş naziri Nikol Paşinyanın da qondarma mərasimdə iştirak etməsi beynəlxalq hüquqa, sülhə və sabitliyə ciddi təhlükədir. O cümlədən Azərbaycana qarşı növbəti təxribatdır".

Bu sözləri “Sherg.az”a millət vəkili Tamam Cəfərova deyib. 

Millət vəkilinin sözlərinə görə, ermənilər çox yaxşı bilirlər ki, nə qondarma Dağlıq Qarabağ Respublikasını, nə də orada keçirilən “seçki oyunu”nu Dünya Birliyi və Beynəlxalq Təşkilatlar tanımayıb və heç vaxt da tanınmayacaqlar:

 "Ermənistan rəhbərliyi hər zaman özlərinin əsassız iddialarına Azərbaycan Prezidenti tərəfindən dəfələrlə tutarlı cavablarını alıblar. Hamımız yaxşı xatırlayırıq ki, bu yaxınlarda cənab Prezident Ermənistanın Baş naziri Nikol Paşinyana tarixdən və beynəlxalq hüquqdan gözəl bir dərs keçdi.

Onu bütün dünyanın gözü qarşısında biabır edərək Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu tarixi faktlarla bir daha sübut etdi.

Bütün bunlardan sonra Nikol Paşinyanın qondarma dövlətin və qondarma seçkilərlə qalib olmuş qondarma prezidentinin qondarma and içmə mərasimində iştirak etməsi və məhz bu mərasimin Şuşada keçirilməsinin məqsədi Azərbaycanı və xalqımızı qıcıqlandırmaqdır. Biz əminik ki, beynəlxalq təşkilatların tanımadığı bu qondarma seçkilərin “andiçmə mərasimi” də bütün dünya tərəfindən şiddətlə qınanılacaq.

Biz Şuşada keçirilən “andiçmə mərasimi”nə və Ermənistanın Baş nazirinin orada iştirakına bir daha etiraz edir və beynəlxalq təşkilatları da bu hadisələrə mane olmağa və qınamağa çağırırıq". 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu