Qazax rayonunun üç kəndinə dolu düşüb


Mayın 22-si saat 20:20-də Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı və Yuxarı Salahlı kəndlərinə dolu düşüb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, dolu düşməsi hadisəsi təxminən 10 dəqiqə davam edib. Hadisə stansiyadan və məntəqələrdən kənarda olduğundan dolunun diametrini ölçmək mümkün olmayıb. Proses güclü şimal-qərb küləyi və leysan xarakterli yağışla müşayiət edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu