Elmar Məmmədyarov Lavrovla telefon bağlantısı yaradıb

O,  rusiyalı həmkarı ilə COVID-19-a qarşı mübarizədə əməkdaşlıqdan danışıb


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla telefon bağlantısı yaradaraq, koronavirusla mübarizədə ikitərəfli əməkdaşlıq səylərini, habelə MDB çərçivəsində əməkdaşlığın gündəliyini müzakirə edib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 12 may 2020-ci il tarixli iclasının hazırlanması zamanı tərəflər gündəlikdəki bir sıra aktual məsələləri müzakirə ediblər”, - məlumatda belə deyilir.

Məlumata görə, “Ümumdünya Səhiyyə Assambleyasının 73-cü sessiyasının nəticələri fonunda koronavirus infeksiyası ilə mübarizədə qarşıdakı mövcud vəzifələr barədə də fikir mübadiləsi aparılıb”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu