Moskvada koronavirusdan daha 67 nəfər ölüb


Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 67 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 67 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, Rusiyanın paytaxtında koronavirusdan ölənlərin ümumi sayı 1 934 nəfərə çatıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu