Məcburi köçkün Prezidentə yazır: “Xalq Sizi həmişə dəstəkləyib, bundan sonra da dəstəkləyəcək”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Laçın rayonundan məcburi köçkün Şirxan Məmmədov ölkə liderinə yazır: 
“Möhtərəm cənab Prezidentimiz, əvvəlcə Sizə minnətdarlığımı bildirirəm. Bütün dünyanı cənginə almış COVID-19 pandemiyasının Azərbaycana zəif təsirinin əsas səbəbi məhz Sizin vaxtında verdiyiniz düzgün qərarlardır. Ölkəmizə rəhbərlik etdiyiniz dövrdə xalqımızın rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, əhalinin işlə təmin edilməsi, insanların təhlükəsiz yaşayışı üçün göstərdiyiniz hərtərəfli diqqət və qayğı danılmazdır. Dövləti yüksək peşəkarlıqla idarə etməyinizin, xalqın rifahının gündən-günə yaxşılaşmasının nəticəsidir ki, xeyli insan son aylarda işləməsə də, dövlətin qayğısı sayəsində rahat yaşaya və sağlam qala bildi.
Möhtərəm Prezidentimiz, xalq Sizi həmişə dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Cənab Prezident, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri də Sizi Azərbaycana bəxş etməsidir. Tanrı hər zaman köməyiniz olsun!”.