Çeçenistanda xəstəxananın baş həkiminin müavini koronavirusdan öldü


Çeçenistanda Ş.Ependiyev adına Respublika Klinik Xəstəxanasında baş həkimin müavini vəfat edib.

REN TV-nin məlumatına görə, bunu Çeçenistan parlamentinin spikeri, aparat rəhbəri Maqomed Daudov bildirib.

Onun sözlərinə görə, həkim-uroloq Soipa Solsayeva koronavirusa yoluxubmuş.

Spiker onu da vurğulayıb ki, həkimin cəmi bir ağciyəri olub: “Bu xəstəliyin ilk növbədə ağciyərlərə təsir etdiyini bilirik. Buna baxmayaraq, o, son ana qədər insanları müalicə edib”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu