"Napoli" 4 oyunçunun transferindən 200 milyon avro qazanmaq istəyir


İtaliyanın "Napoli" futbol klubu yaxınlarda dörd oyunçunun müqabilində 200 milyon avro qazanmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə "Football İtalia" portalı xəbər yayıb.

Bildirilir ki, transfer ediləcək olan oyunçular müdafiəçilər Kalidu Kulibali və Fauzi Qulame, yarımmüdafiəçi Allan və forvard Arkadiuş Milikdir. Forvard Dris Mertensin klubla müqaviləsinin uzadılması gözlənilir.

Qeyd olunur ki, "Napoli" çox illik məşqçi müqaviləsini baş məşqçi Cennaro Qattuzoya təklif edəcək.

Portal artıq İngiltərə futbol klubları "Liverpul"un və "Mançester Yunayted"in, fransız "PSJ"nin Kalidu Kulibaliyə maraq göstərdiklərini bildirib. "Napoli" bu futbolçunu 90 milyon avrodan aşağı qiymətə buraxmaq istəmir. Allanın "Everton"a, Milikin isə "Yuventus"a transfer ediləcəkləri müzakirə edilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu