Rusiyada COVID-19-a yoluxanların sayı 344 481-ə, ölənlərin sayı 3541-ə çatıb


Rusiyada son sutka ərzində daha 8599 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 344 481 nəfərə çatıb.

Son sutka ərzində 153 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 3541  nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 113 299 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu