“İnhisarçılığa yol verənlər cəzalanmalıdırlar” - Hüquqşünas


Modelyer Elnarə Bəkirova “Azpetrol” yanacaqdoldurma məntəqəsində problemlə qarşılaşıb. E.Bəkirova “Qafqazinfo”ya bildirib ki, hadisə ötən gün axşam saatlarında Nobel prospektində yerləşən sözügedən yanacaqdoldurma məntəqəsində olub: “Benzin çəni 66 litr tutur. Bunlar məndən 83 litr benzinin qiymətini alıblar.

Bu gün məsələni araşdırmaq üçün yanacaqdoldurma məntəqəsinə getdim. Mənimlə çox kobud danışdılar. 40 dəqiqə gözlətdilər. Əvvəl dedilər ki, gedin işçi gələndə gələrsiniz, araşdırarıq. Daha sonra mübahisədən sonra məsələni araşdırdılar və mənə 15 manat pul qaytardılar. Halbuki 24.90 qəpik ümumi ziyan dəymişdi. Məsələnin ictimailəşməsində məqsədim sürücüləri ehtiyatlı olmağa çağırmaqdır. Yanacaqdoldurma məntəqələri sürücüləri aldadırlar. Sürücülər diqqətli olmalıdırlar”.

Şirkətin nümayəndəsi isə məsələdən xəbərdar olduqlarını bildirib. Qeyd edilib ki, araşdırma davam etdiriləcək: “Sürücü benzinini tam istifadə edib bitirdikdən sonra bizə müraciət etsin. Biz onun istəyinə uyğun seçdiyi yanacaqdoldurma mənqətəsində maşınının benzin çəninin nə qədər tutduğunu müəyyən edək”.

Nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov “Sherg.az”a açıqlamasında məsələnin ciddi araşdırılmasını vacib sayır:
“Kimin haqlı, kimin haqsız olduğunu söyləmək çətindir. Hadisə araşdırılmalıdır. Belə hallar tez-tez olur. Hüquq mühafizə orqanları məsələni nəzarətə götürməli və analoji qanun pozuntularının qarşısını birdəfəlik almalıdır. Bunun üçün sözügedən yanacaqdoldurma məntəqəsi cəzalanmalı, həmin məbləğ müştəriyə qaytarılmalıdır”. 

 Hüquqşünasın sözlərinə görə, bu cür pozuntular qanunvericiliklə müdafiə olunur: “Tədqiqatdan sonra çox məsələlər aydınlaşacaq. Əgər bu, kütləvi təkrarlanan haldırsa Cinayət məcəlləsi ilə, cəmi bir neçə dəfə olubsa İnzibati xətalar məcəlləsi ilə iş açılmalıdır. Amma bütün hallarda inhisarçılığa yol verənlər cəzalanmalıdırlar”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu