Moskvada koronavirusa yoluxma halları rekord səviyyədə aşağı düşüb


Rusiyanın paytaxtı Moskvada daha 2 516 koronavirusa yoluxma faktı qeydə alınıb.

Trend -in məlumatına görə, bu barədə jurnalistlərə yeni koronavirus infeksiyası ilə mübarizə üzrə əməliyyat qərargahında bildiriblər.

Məlumata əsasən, 29 apreldən bəri artım rekord səviyyədə aşağı olub. Ümumilikdə paytaxtda 163 913 nəfər yoluxub.

Paytaxtda gündəlik artım 1,6%, bir gün əvvəl isə 2% təşki edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu