İnfeksionist: "Yoluxma üçrəqəmli artım sayı ilə müşahidə olunur"  

“Bəzi insanların səhlənkarlığı, xəstəliyə hələ də bir oyun kimi baxmaları vəziyyəti gətirib bu həddə çatdırıb"

Azərbaycanda postkoronavirus dövrünə hazırlıq məqsədilə mərhələli və yumşaldıcı tədbirlər həyata keçirilir. Dövlətimiz müəyyən sosial məsafəni gözləmək, sanitar qaydalara əməl etmək şərti ilə bəzi qadağaları aradan götürüb. Sosial məsafə saxlanması, əl və tənəffüs gigiyenası COVID-19 yoluxmasının qarşısını alan əsas tədbirlərdir.




Bu səbəbdən insanlar karanatin rejiminin qayda və tələblərinə son dərəcə diqqətli və şüurlu yanaşmalıdırlar. Dövlət başçısı, eləcə də digər dövlət rəsmilərinin çıxışlarında edilən tövsiyələrin hər biri bizim sağlamlığımız, xəstəlikdən qorunmağımız üçündür. Bu baxımdan düşünürəm ki, hər bir vətəndaş koronavirusdan qorunmaq üçün müvafiq göstərişlərə, qaydalara riayət etməli, gigiyenik vasitələrdən istifadə etməlidir. Əks halda ölkə ərazisində pandemiyaya  yoluxma dinamikası daha da arta bilər.

Son günlərdə ölkəmizdə koronavirusa yoluxma sayının artma səbəbləri ilə bağlı Sherg.aza açıqlama verən infeksionist  Süleyman Kamilov yoluxma faktlarının artmasını  birmənalı olaraq əhalinin karantin qaydalarına riayət etməməsi ilə əlaqələndirib. 

Onun sözlərinə görə, karantin rejiminin yumşaldılmasından dərhal sonra insanların bu qərarı pandemiyanın bitməsi kimi qəbul edib, müvafiq göstərişlərə əməl etməməsi səbəbindən  yoluxma  üçrəqəmli artım sayı ilə müşahidə olunur.  

“Bəzi insanların səhlənkarlığı, xəstəliyə hələ də bir oyun kimi baxmaları vəziyyəti gətirib bu həddə çatdırıb. Ola bilər ki, koronavirus kimin üçünsə adi bir qrip virusudur, başqa biri bu infeksiyanı ayaqüstdə  keçirə bilər. Lakin xüsusi risk qrupuna aid olan şəxslər üçün  koronavirus kifayət qədər ağır, hətta ölümcül bir virusdur. Bir çoxlarının oyuncaq hesab etdiyi “COVİD” 19 yaşlı insanların, xroniki xəstələrin ölümünə səbəbə ola bilər.  İnsanlarımız bunu dərk etməli və ona uyğun davranmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu