“İstənilən aparıcı şirkət Azərbaycana güvənir”


“İndi ən böyük, ən nəhəng şirkətlər Azərbaycanla tərəfdaşlığı vacib hesab edirlər. Onlar ölkəmizin inkişafına töhvə verirlər”.

Bu sözləri siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət Azərbaycan dövlət başçısının “Signify” şirkətinin rəhbərləri ilə görüş barədə fikirlərini “Sherg.az”la bölüşərkən deyib. 

A. Həsrətin fikrincə, qarşılıqlı əməkdaşlıq hər iki tərəf üçün əhəmiyyətlidir:

“Ölkəmiz bu gün çox yüksək inkişaf səviyyəsinə çatıb. Ona görə də istənilən beynəlxalq aparıcı şirkət Azərbaycana güvənir. Onlar bilirlər ki, qoyulan sərmayə batmayacaq. Qarşılıqlı partnyorluğun əsasında da elə həmin inam, güvən dayanır”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu