Salyan şəhərindən Prezidentə: "Biz həmişə Sizinləyik”


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

Sherg.az Prezidentin saytına istinadla həmin məktublardan birini - Salyan şəhərindən Əliqulu Babayevin dövlət başçısına ünvanladığı məktu dərc edir:

“Əziz Prezidentimiz, xalqımızın firavan yaşayışı üçün çəkdiyiniz zəhməti hamı kimi, biz salyanlılar da yüksək qiymətləndiririk. Siz hər an xalqla birlikdəsiniz. Buna görə də xalq Sizi sevir. Dünyanı bürüyən pandemiyanın qarşısını vaxtında almaq üçün verdiyiniz qərarlar və göstərdiyiniz səylər hesabına bu böyük bəladan üzüağ çıxmaqdayıq. Siz fəaliyyətiniz dövründə abadlıq-quruculuq işlərinə geniş yer vermisiniz. Salyan rayonu da bunun sayəsində xeyli gözəlləşib, inkişaf edib. Rayonun Qızılağac kəndində 1000 şagird yerlik məktəb binasının tikintisinə başlanılması hamımızı sevindirdi. Hazırda tikinti keyfiyyətlə və sürətlə aparılır. Cənab Prezident, xalq üçün gördüyünüz işlərə görə Sizə və Mehriban xanım Əliyevaya minnətdarıq. Biz həmişə Sizinləyik”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu