İdmançılara dəstək ölkəmizdə ənənəyə çevrilib

Əməkdar jurnalist: "Məhz adlı- şanlı veteranların köməyi ilə ölkəmizdə yüzlərlə məşhur çempion yetişib"


Gənclər və Idman Nazirliyinin təşkilatçılığı, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin 30-dan artıq könüllüsünün iştirakı ilə Bakı şəhəri və Bakı ətrafı qəsəbələrdə yaşayan 70-dən artıq idman veteranına yardım göstərilib.

Yardım göstərilənlər sırasında Yaşar Məmmədov, Rafiq Məlik-Yeqanov, Tofiq Babanlı, Lyudmila Şubina, Rəfiqə Şabanova, Elxan Əliyev, Camal Yaqubov, Şahmar Mustafayev, Məryəm Bağbanlı, Yaqub Məmmədov, İsmayıl Əbdülqədir, Elmira Hüseynova, Züleyxa Hacıyeva və digər veteran idmançılar olub.

Bu barədə fikirlərini "Sherg.az"la bölüşən veteran idman jurnalisti, Əməkdar jurnalist Oqtay Bayramov addımı yüksək qiymətləndirib:

"Gənclər və İdman Nazirliyinin idman veteranlarına dəstəyi xoş təşəbbüsdür. Biz hamımız bu gün Azərbaycanın dünyada bir idman ölkəsi kimi tanınması ilə qürur duyarkən veteran idmançılarımızı xüsusi minnətdarlıq hissi ilə yada salırıq. İdman veteranlarımızın sıralarında Olimpiya oyunlarının, dünya və Avropa çempionatlarının, daha neçə- neçə mötəbər beynəlxalq yarışın qalib və mükafatçıları var. Deməli, onlar hər cür qayğı və diqqətə layiqdirlər".

O. Bayramov, həmçinin əlavə etdi ki, Azərbaycanı dünyada tanıdan idmançılara dəstək ölkəmizdə ənənəyə çevrilib:

"Məhz adlı - şanlı veteranların köməyi ilə ölkəmizdə yüzlərlə məşhur çempion yetişib. Onlar həmişə Azərbaycanda idmanın daha da inkişafı işinə öz töhfələrini veriblər və yenə də bu şərəfli işi bacardıqca davam etdirirlər.
     Təsadüfi deyil ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev çıxışlarından birində demişdi ki,  Azərbaycan idmanının veteranları ölkəmizdə idmanın inkişafı üçün çox işlər görüblər, yaxşı ənənələr yaradıblar, gənclərimiz üçün yaxşı yollar açıblar...".
                                            

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu