Tamahına, nəfsinə məğlub olan o qədər insan var ki...


Ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına əməl etməyərək müştərilərə saat 18:00-dan sonra yerində xidmət göstərən daha bir restoran aşkar edilib.



Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbir zamanı Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən paytaxt sakini Akif Seyidəmirovun işlətdiyi “Bulaq” restoranın müəyyən edilmiş saatdan sonra  fəaliyyət göstərdiyi müəyyən edilib.
Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsi əməkdaşlarının  keçirdiyi tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi və müştərilən qəbul edildiyi məlum olub. Həmçinin müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar edilib. Obyektdə olan 8 nəfər saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilib. Bölmədə polislər həmin şəxsləri tibbi maska ilə təmin ediblər.
Karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada cərimə olunublar.

 Keçmiş polis rəisi Mahmud Hacıyev bu barədə “Sherg.az”a danışarkən qanun pozuntularının təbii olduğunu deyib:

“İnsan olan yerdə mütləq pozuntusu baş verir. Çünki bütün insanların qanunvericiliyə, qadağalara münasibəti eyni deyil. Tamahına, nəfsinə məğlub olan o qədər insan var ki. Əsas odur, belələrinə qarşı mübarizə aparılsın”. 

 M. Hacıyevin sözlərinə görə, müvafiq qurumlar öz işlərinin öhdəsindən layiqincə gəlir:

“Hüquq-mühafizə orqanlarının əməkdaşları onları yaxalayır və inzibati qaydada məsuliyyətə cəlb edir. Ya ciddi miqdarda cərimə ödənilir, ya da qısa müddətlik azadlıqdan məhrum etmə qərarı verilir. Bu, digərləri üçün də ibrət dərsidir. Amma dediyim kimi, həmişə etinasız münasibət göstərənlərə rast gəlmək mümkündür. Odur ki, KİV də bu işdə fəal olmalıdır. Həmçinin hüquqi maarifləndirmə gücləndirilməlidir”. 
 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu