"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Vətəndaş dövlət başçısı ilə fəxr edir 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

Sherg.az Prezidentin saytına istinadla Bakının Nəsimi rayonunun sakini Malik Şirinlinin məktubunu təqdim edir:

“Möhtərəm cənab Prezident, şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə dərin təşəkkürümüzü bildiririk. Biz Sizinlə fəxr edir, qürur duyuruq. Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz, dəstəyə ehtiyac duyan insanlara dəstək göstərdiniz. Sizin sayənizdə imkansız ailələrə ərzaq yardımı verildi, işsiz vətəndaşlara maddi kömək göstərildi. Ulu Tanrı koronavirusa yoluxan bütün xəstələrimizə şəfa, onlara xidmət göstərən həkimlərə səbir və güc-qüvvət versin. Əziz Prezidentimiz, Allah Sizə hər zaman kömək olsun. Siz Azərbaycanın işıq saçan günəşisiniz. Bütün Azərbaycan xalqı Sizi dəstəkləyir və Sizin ətrafınızda sıx birləşib”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu