Rusiya-Gürcüstan sərhədi yaxınlığında zəlzələ olub


Rusiya-Gürcüstan sərhədi yaxınlığında 3,9 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstan Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 16.33 radələrində İnquşetiya ərazisində, Gürcüstanla sərhəddən 7 km uzaqlıqda baş verib.

Zəlzələnin ocağı 16 km dərinlikdə yerləşib.

Dağıntı barədə məlumat daxil olmayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu