"Siz gənclərə daim dəstək verirsiniz" - Gənc xanım şərəf hissi keçirir


“Möhtərəm cənab Prezident, Siz müasir Azərbaycanın banisi, memarı, adı və imzası tarixə qızıl hərflərlə yazılmış ölməz liderimiz Heydər Əliyevin layiqli davamçısısınız". 

 Bu sətirlər Şirvan şəhərindən Aybəniz Zülfiqarovanın  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yazdığı minnətdarlıq məktubundandır. Şirvan sakini məktubunda daha sonra yazır: 

"Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmaması üçün gördüyünüz tədbirlər təqdirəlayiqdir. Hər bir vətəndaşın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması üçün gördüyünüz tədbirlərə görə Sizə minnətdarlığımı bildirirəm. Bundan əlavə, müxtəlif sahələrdə apardığınız islahatları da dəstəkləyir, bu istiqamətdəki fəaliyyətinizdə Sizə uğurlar diləyirəm.
Siz çıxışlarınızda gənclərə dəstək verdiyinizi daim vurğulayır və onların inkişafı üçün geniş imkanlar yaradırsınız. Mən bir gənc olaraq Sizin kimi ədalətli, xalqını sevən, qoruyan liderimiz olduğu üçün sonsuz sevinc, qürur, şərəf hissi keçirirəm”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu