Arsen Venger: “Arsenaldan birdəfəlik ayrılmışam"



"Özümə hər zaman "Arsenal"dan birdəfəlik ayrıldığımı söyləmişəm. Verdiyim yekun qərar budur".

Goal.az xəbər verir ki, bu sözləri "Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger "beIN Sports"a müsahibəsində deyib.

2018-ci ildə 22 çalışdırdığı London klubundakı fəaliyyəti barədə də danışan fransalı mütəxəssis deyib:

"1235 oyuna çıxdım. Yaxşı və pis vaxtlarım oldu. Klubun dəyərlərini hər zaman qorumağa çalışdıq və düşünürəm ki, buna nail olduq".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu