O rayona giriş çıxış hələki bağlıdır

Gürcüstanın Tetritsğaro rayonunda 195 nəfərdən alınan testlərin cavabı məlum olub.

24News.ge Birinci kanala istinadən xəbər verir ki, rayon meriyasından verilən məlumata görə, test alınan şəxslərin heç birində koronavirus aşkarlanmayıb.

Həmçinin meriyadan o da qeyd olunub ki, son 3 gün ərzində rayonda heç bir virus daşıyıcısı aşkar olunmayıb.

Xatırladaq ki, Tetritsğaro Munisipalitetində bu günədək cəmdə 55 nəfərin Covid 19-a yoluxması təsdiqlənib, onlar arasında 21 nəfər artıq tam olaraq sağalıb.

Onuda bildirək ki, Tetritsğaro rayonu bu günədək qırmızı zona olaraq qalır və rayona giriş çıxış hələki bağlıdır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu