Rusiyada daha bir yüksək vəzifəli şəxs koronavirusa yoluxdu


RF-in Tuva Respublikasının başçısı Şolban Kara-ool COVID-19-a yoluxduğunu bildirib.

TASS xəbər verir ki, bu barədə o, “VKontakte” səhifəsində yazıb.

“Xəstələnə biləcəyimizi bilirdik, amma kimsə çalışmalı, məsuliyyət daşımalı idi”, - Ş.Kara-ool qeyd edib.

Resbublikanın rəhbəri əlavə edib ki, virus çox qorxuludur, sağlamlığa ciddi ziyan vurur:

“Şiddərli başağrıları olur, xəstələrin çoxu sətəlcəmdir”.

Qeyd edək ki, Rusiya koronavirus pandemiyasına yoluxan əhalinin sayına görə (344 481 nəfər) dünya ölkələri sırasında ilk üçlüyə daxildir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu