“Nüfuzlu Qərb şirkətləri Azərbaycanla əməkdaşlıq etməyə maraq göstərir”


“Bunu həmin şirkət rəhbərlərinin Azərbaycan Prezidentinə olan simpatiyasının  təzahürü kimi də dəyərləndirmək olar"



"Dövlət başçısı İlham Əliyevin Qərbin nüfuzlu şirkət rəhbərləri ilə texnologiya məsələsində Azərbaycanla sıx əməkdaşlığı üçün videokonfranslar keçirməsi çox mühümdür".
Bu sözləri "Sherg.az"a açıqlaması BAXCP sədrinin müşaviri Azər Qasımov deyib.
Politoloq bildirib ki, Prezident müasir zamanda texnoloji yeniliklərin ölkədə tətbiqinin vacib olduğunu və müasir dövrün tələbləri baxımından ölkənin gələcəyinin bundan asılı olduğunu bilir: 

"Neft erasının demək olar ki, sona çatdığı bir məqamda belə bir addım gələcəyə hesablanmış vacib və doğru addımdır. Müasir dünyanın texnologiya üzərində inkişaf etdiyi gerçəyini anlamaq, ona yatırım etmək gələcəklə ayaqlaşmaq deməkdir. Müasir Qərb şirkətlərinin Azərbaycanla əməkdaşlıq etməyə maraq göstərməsi ölkə rəhbərinin nüfuzu və həmin şirkət rəhbərlərinin Azərbaycan Prezidentinə olan simpatiyasının  təzahürü kimi də dəyərləndirmək olar".

Analitik bildirib ki, ümumiyyətlə yeni texnologiyaları Qərb digər ölkələrə elə də asan vermir:

"Burada dövlətlərin siyasi maraqlarından tutmuş, həm maddi, həm də şəxsi münasibətlər əsas rol oynayır. Bu baxımdan ölkə başçısının öz şəxsi nüfuzundan istifadə edib, ölkə iqtisadiyyatını yeni texnologiyalar hesabına gücləndirməsi istəyini dəstəkləyirik. Müasir dünyanın tələbləri ilə ayaqlaşmaq üçün ölkənin iqtisadi inkişaf istiqamətlərinin prioritetlərini müəyyən edən addımlar atılmasını təqdir edirik".