Azərbaycanda yüksək vəzifəli məmur koronavirusa yoluxdu - YENİLƏNİB 

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan İbrahimov yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. 
APA-nın xəbərinə görə, Elxan İbrahimov xəstəxanaya yerləşdirilib.
Onun ailə üzvlərindən yaxma nümunəsi götürülüb.

13:48
Şamaxı rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. 
Qafqazinfo xəbər verir ki, testin nəticəsinə əsasən, analiz bir nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. 
Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalarına uyğun olaraq karantindədir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu