Alma boyda, alça dadan çiyələklər... – “Sortu tamamilə dəyişdirilib” – Zəhər saçır !


“Qədim sortları bıçaqla kəsilə, uzun müddət saxlanıla bilən çiyələk sortları əvəzləyir ”

“Kəsəndə içindən bir göy zoğ çıxır və içərisində toxum da yoxdur. Artıq o çiyələk haqqında mənfi fikirdə ola bilər”


Bu il bazarda və ya şəhərin digər ticarət obyektlərində satılan çiyələk həm keyfiyyətsiz, həm də baha olması ilə diqqət çəkir. Bu çiyələklər həcminə görə almanı, dadına görə isə turş alçanı xatırladır.
Mütəxəssislərə görə, yalnız təbii yolla yetişdirilən çiyələk və digər meyvələr sağlamlıq üçün faydalır. Bu meyvələr qanı tənzimləyir, əhvalı yüksəldir və stressi azaldır. Amma bunu indi satılan meyvələrə aid etmək olmaz. Süni yolla yetişdirilən çiyələk yaxşı görünüşə malik olur, dadı isə yoxdur. 
Məsələ ilə bağlı “Sherg.az”a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov hazırkı iqtisadi şəraitində məhsulun bazar üçün hazırlandığını bildirib: 

"Çiyələyin saxlanma müddətinin çox, görkəminin isə yaxşı olmasına üstünlük verilir. Nəticədə çiyələyin sortu tamamilə dəyişdirilir. Qədim sortları bıçaqla kəsilə, uzun müddət saxlanıla bilən çiyələk sortları əvəzləyir. Çiyələyin satış qiymətinin yetişdirildiyi məkanla müqayisədə yüksək olması logistika, yəni məhsulun tarladan bazara çatdırılma sisteminin yaxşı inkişaf etməməsi ilə bağlıdır. Çiyələyin qiymətinin müəyyənləşdirilməsi alverçilərin əlindədir.

Alıcı seçim edə bilər. Misal üçün, çiyələyi götürür, kəsir görür ki, çox bərkdi. Kəsəndə içindən bir göy zoğ çıxır və içərisində toxum da yoxdur. Artıq o çiyələk haqqında mənfi fikirdə ola bilər. Çünki bunlar geni dəyişdirilmiş çiyələyin əlamətləridir. Bütün hallarda mövsümi olmayan malların alışı zamanı istehlakçılar ehtiyatlı olsunlar”.