“İşıqlandırma sistemi “Ağıllı şəhər”in tərkib hissəsidir”

“Signify” şirkəti bu sahədə bir nömrəli şirkət hesab olunur. Bu cür işıqlandırmadan istifadədə üstünlük qənaətlə bağlıdır”


Elm, texnologiya inkişaf etdikcə, dünya daha çox dəyişikliklərə məruz qalır. "Ağıllı şəhər” (Smart City) layihəsi də bu dəyişikliyin əsas hissələrini özündə ehtiva edir. Dünyada "ağıllı şəhərlər” elm və texnologiyanın ən üst səviyyədə inkişaf etdiyi, cəmiyyətin, insanların  həyat tərzinin fərqli yön aldığı şəhərlər sayılır.
"Ağıllı şəhər” fikri son illərdə texnoloji şirkətlər və şəhər planını hazırlayanlar arasında çox müzakirə edilən mövzudur. Hesab edilir ki, şəhərlərimizin daha ağıllı hala gəlməsi ilə gündəlik həyatımız daha da asanlaşa bilər. 
"Ağıllı şəhər”in fəaliyyəti smart cihazlardan əldə edilən məlumatlar üzərində qurulur. Bu cihazlar telefonlar, ya da avtomobillərdə olan sensorlar belə ola bilər. Smart cihazlar vasitəsilə kifayət qədər məlumat əldə edildikdə isə məsul şəxslər şəhərin ehtiyaclarını müəyyən edə və lazımlı infrastruktur işlərinə start verə bilərlər.
Ölkəmizdə də "Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı təkliflər hazırlanacaq.
Bu barədə “Signify” şirkətinin  baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və
təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında keçirilən  videokonfransda deyilib. 

"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru,  Osman Gündüzün sözlərinə görə, ölkəmizin  "Signify" kimi aparıcı  şirkətlərlə əməkdaşlığı çox uğurlu bir addımdır.  “Ağıllı şəhər” layihəsində əvvəllər  Bakı, Sumqayıt kimi iri şəhərlər nəzərdə tutulurdusa, Prezidentin çıxışlarından belə anladım ki, bütün ölkə üzrə bu cür rəqəmsallaşma, ağıllı sistemlərin quraşdırılması prosesi gedir:

"İşıqlandırma sisteminə də “Ağıllı şəhər”in tərkib hissəsi kimi yanaşmaq olar. “Signify” şirkəti bu sahədə bir nömrəli şirkət hesab olunur. İndi bunun bir çox üstünlüyü var. Bu cür işıqlandırmadan istifadədə üstünlük qənaətlə bağlıdır. Bizim istifadə etdiyimiz köhnə lampalardan bunların enerjidən istifadə dərəcəsi 7-8 dəfə azdır. Yəni bu, enerjidən 7-8 dəfə az istifadə edəcək. Bu böyük şeydir. Həm də bunların istifadə imkanları hardasa köhnələrdən on dəfəyə qədər çoxdur. Ümumiyyətlə, bütün parametrlərinə görə bu üstündür.

Eyni zamanda, dünya ölkələrinin təcrübəsinə baxanda görürük ki, onlarda tətbiq olunan əsas işıqlandırma texnologiyaları da əsas bundan ibarətdir. Bu gün Azərbaycanın bunu Bakıya gətirməsi və “Ağıllı şəhər” layihəsinin tərkib hissəsi olaraq istifadə etməsi müsbət haldır. Mən o görüşdən belə nəticəyə gəldim ki, “Signify” şirkəti Azərbaycanda “Elektron kənd təsərrüfatı” layihəsində də iştirak edəcək, onun bu sahədə də müəyyən təcrübəsi var. Düşünürəm ki, bu uğurlu bir addımdır, bunun faydasını görəcəyimizə əminəm. “Ağıllı şəhər” layihəsinin tərkib hissəsi olaraq onun tətbiq edilməsi, fikrimcə, çox faydalı addımdır”.

Son dövrlər bu sahədə kadr hazırlığına ciddi əhəmiyyət verildiyini deyən O.Gündüzün sözlərinə görə, artıq ali məktəblər bu istiqamətdə işlər görməyə başlayıblar: “Burada söhbət Azərbaycanda bu sahə üzrə həyata keçirilən kadr hazırlığından, rəqəmsallaşma sahəsinin kadr potensialının formalaşdırılmasından gedir.

Ölkəmizdə informasiya texnologiyaları, kompyuter elmləri, nanotexnologiyalarla bağlı kadrların hazırlanmasına xüsusi əhəmiyyət verilir. Artıq universitetlərin bir çoxunda bu ixtisaslar üzrə qəbullar olacaq".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu