Müəllimdən ölkə liderinə: “Azərbaycan vətəndaşı əmindir ki, bütün vəziyyətlərdə dövləti onun arxasındadır”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Gəncə şəhərindən müəllim Esmira Nəbiyeva ölkə liderinə məktubunda bildirir:
 “Möhtərəm cənab Prezident, koronavirus pandemiyası səbəbindən dünyanın əksər ölkələri hazırda çətin günlər yaşayır. Əlbəttə ki, pandemiya Azərbaycana da təsirini göstərdi. Lakin bütün çətinliklərə baxmayaraq, Azərbaycan vətəndaşı heç bir ağırlıq hiss etmir. Bunlar Sizin mükəmməl siyasi və iqtisadi siyasətinizin uğurlarıdır. İşsiz kimi qeydiyyatda olan şəxslərə pandemiya dövründə vəsaitlərin verilməsi, eyni zamanda, xəstəliklə mübarizədə verdiyiniz qərarlar bir daha təsdiq etdi ki, Siz hər bir vətəndaşın Prezidentisiniz. İndi Azərbaycan vətəndaşı əmindir ki, bütün vəziyyətlərdə dövləti onun arxasındadır. Şəxsən öz adımdan, eyni zamanda, ailəmin adından bir daha Sizə minnətdarlığımı bildirirəm”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu