Cəbhə bölgəsindən Prezidentə məktub: “Biz Sizi dəstəkləyirik və hər zaman Sizinləyik”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Beyləqan rayonundan Gülnar Bayramova ölkə başçısına yazır:


 “Cənab Prezident, Sizin və Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətiniz, düşünülmüş qərarlarınız nəticəsində biz koronavirus epidemiyasına da qalib gələcəyik. Biz Sizi dəstəkləyirik və hər zaman Sizinləyik. Cəbhə bölgəsində yaşayan füzulililər əmindirlər ki, Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə koronavirus təhlükəsi tezliklə aradan qaldırılacaq, insanlarımızın sağlam və xoşbəxt həyatı təmin ediləcək. Biz hər zaman Sizinləyik. Allah Sizi var eləsin!”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu