“Azərbaycanın müasir silahları Qarabağa yönəlməlidir”

“Geosiyasi şərtlər daxilində, Türkiyə ilə koordinasiyalı şəkildə çalışaraq hərbi təzyiqlərlə vəziyyəti dəyişmək lazımdır”




“Ermənistanın Azərbaycanın işğal olunmuş Şuşa şəhərində qondarma rejimin “andiçmə” mərasimini təşkil etməsi təxribat xarakterlidir. Bu şounu Xankəndində də keçirə bilərdilər. Şuşanın Azərbaycan üçün mədəni-mənəvi anlam kəsb etdiyi üçün bunu qəsdən edirlər”.
Bu sözləri “Sherg.az”a politoloq Məhəmməd Əsədullazadə deyib. 
Siyasi şərhçi vurğulayıb ki, qondarma “seçki”də “qalib” gələn Araik Artunyan formal bir fiqurdur: 

“Əsasən Rusiyaya bağlı şəxsdir. Qarabağdakı separatçı qurum “102-ci hərbi” bazası tərəfindən idarə olunur. Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ordumuzun maddi-texniki bazası gücləndirilib. Orduya ayrılan vəsait silahlı qüvvələri dünya reytinqlərində yüksəldib. Ordunun döyüş qabiliyyəti və texniki imkanları kifayət qədər artırılıb. Bu, əsasən tərəfdaş olduğumuz Türkiyə, İsrail və Pakistanla ciddi əməkdaşlığımızın bariz nümunəsədir. Ordumuzun güclənməsi heç də Rusiyadan aldığımız silahlar hesabına deyil".

Siyasi şərhçiyə görə, Ermənistanın işğal olunmuş ərazilərimizdə reallaşdırdığı hərbi infrastrurktur layihələr, müdafiə xəttini gücləndirməsi danışıqlarda güzəştə getməyəcəyini göstərir: 

“Ermənistan və onun himayədarı açıq şəkildə danışıqlarda manipulyasiya edir. 30 ildir eyni ssenari gedir. Bundan sonra da Ermənistan bu siyasəti davam etdirəcək. Yalnız geosiyasi şərtlər daxilində, Türkiyə ilə koordinasiyalı şəkildə çalışaraq hərbi təzyiqlərlə vəziyyəti dəyişmək lazımdır. Azərbaycan ordusunun hərbi təlimləri və nümayiş etdirdiyi müasir silahlar Qarabağa yönəlməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu