Çəyirtkə sürüləri Hindistan və Dubayı istila etdi


Hindistanın Racastan və Madya Pradeş ştatlarını və BƏƏ-nin Dubay əmirliyini çəyirtkə sürüləri istila edib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Hindistanda yaranmış vəziyyət son 27 ilin ən böyük çəyirtkə istilası kimi qeydə alınıb. İran və Pakistandan gələn çəyirtkə sürülərinin qarşıdakı günlərdə şimaldakı Uttar Pradeş ştatına irəliləməsi gözlənilir.

Çəyirtkə sürüləri həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay əyalətini istila ediblər.

“Vəziyyət nəzarət altındadır və təhlükə yoxdur. Bələdiyyə qüvvələri gün ərzində həşəratlarla mübarizə aparır”, - Dubay bələdiyyəsindən bildirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu