İranda son 2,5 ayda koronavirusdan ən aşağı ölüm göstəricisi qeydə alındı

İranda sutka ərzində son 2,5 ayda koronavirusdan ən aşağı ölüm göstəricisi – 34 nəfərin vəfat etməsi qeydə alınıb.
Bu barədə İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur IRINN telekanalına məlumat verib.
O qeyd edib ki, son sutkada ölkədə koronavirus infeksiyasına 2 023 yeni yoluxma halı qeydə alınıb. Yoluxanların ümumi sayı 137 724 nəfərə çatıb.
Xəstələrin 107 713 nəfəri artıq sağalıb. Pandemiyanın başlanğıcından ölkədə koronavirus qurbanlarının sayı 7 451 nəfər təşkil edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu